Medvedyev: “Avropaya 40 milyard ziyan vurduq”

Medvedyev: “Avropaya 40 milyard ziyan vurduq”
  10 Dekabr 2014    Oxunub:1565
Qərbin sanksiyaları nəticəsində Rusiya iqtisadiyyatına bir neçə milyard dollar ziyan vurdu, lakin Avropa iqtisadiyyatının özü 40 milyard avro zərər dəyib.
AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedyev ölkə telekanallarına müsahibəsində verib.

Medvedyevin sözlərinə görə, təkcə 2015-ci ildə Avropa İttifaqı Rusiya Federasiyası ilə bağlı olan müqavilələrin ləğv edilməsi əlaqədar olaraq daha 50 milyard avro itirəcək.

“Şübhəsiz, biz sanksiyaların öz iqtisadiyyatımıza zərbə vurduğunu anlayırdıq. Sanksiyalar eyni zamanda onları qəbul edən ölkələrə də ziyan vurur”, - deyə Medvedyev vurğulayıb.

Rusiya baş naziri hesab edir ki, sanksiyalar heç kimə sərfəli, lazımlı deyil. Onlar heç nə ilə yekunlaşmır: “Biz hamımız 20ci əsrdə müntəzəm olaraq qəbul edilən sanksiyalar şəraitində yaşamışıq. Xatırladım ki, Çin Xalq Respublikasına da 1989-cu ildə sanksiyalar dalğası yaşayıb. Mən sadəcə bir sual vermək istəyirəm: Bu kimə xeyir gətirdi? Müəyyən layihələr donduruldu, sahibkarlar vəsait əldə etmədi. Lakin sonda bu ölkələrin inkişafı məhz onların özlərinin hazırladığı plan əsasında da getdi”.

Medvedyev sanksiyaların rublun kursuna mənfi təsir etdiyini də etiraf edib: “Bu növ sanksiyalar istənilən halda maliyyəçilərin dediyi kimi müəyyən gözləntilər yaradır və bu gözləntilər həm şirkətlərin həm də adi sakinlərin əhval-ruhiyyəsinə təsir edir. Bu isə istənilən halda rublla bağlı vəziyyətə təsir edir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti