Ermənistanın “Yeni SSRİ”yə üzvlüyü təsdiqləndi

Ermənistanın “Yeni SSRİ”yə üzvlüyü təsdiqləndi
  10 Dekabr 2014    Oxunub:2324
Rusiya Dövlət Duması Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sazişi təsdiqləyib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Ermənistanın Aİİ-yə qoşulması barədə qanun layihəsini Dövlət Dumasına dekabrın 2-si Rusiya prezidenti Vladimir Putin tərəfindən göndərilib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti