İsveçrədən ermənilərə növbəti dəfə RƏDD CAVABI

İsveçrədən ermənilərə növbəti dəfə RƏDD CAVABI
  10 Dekabr 2014    Oxunub:1962
İsveçrə hökuməti ermənilərin bu ölkədə qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini növbəti dəfə rədd edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyi Erməni Kültür Dərnəyinin tələbini rədd etməsinə dair qərarını Cenevrə kantonunun hökumətinə göndərib.

Qeyd edək ki, ermənilər, Cenevrədəki BMT parkı - “Ariana Park”da qondarma “erməni soyqırımı”na abidə qoyulmasını təklif edib. XİN bəyan edib ki, erməni diasporu təklifində israr edərsə, Cenevrə kantonun hökuməti abidənin şəhərin başqa yerində qoyulmasına qərar verə bilər.

Bu il oktyabrın 1-də də İsveçrə hökuməti ermənilərin qondarma “erməni soyqırımı” abidəsinin qoyulması təklifini rədd edib.


Teqlər:





Xəbər lenti