ABŞ xaricdəki hərbi əməliyyatlara 74 milyard xərcləyəcək

ABŞ xaricdəki hərbi əməliyyatlara 74 milyard xərcləyəcək
  10 Dekabr 2014    Oxunub:1571
ABŞ Federal büdcə layihəsi Konqresin “Respublikaçı”lar və “Demokrat”lar olan nümayəndələri tərəfindən təsdiqlənib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən məlumat verir.

Senatda sənəd üzrə səsvermə Senat və Nümayəndələr palatasında cümə axşamı keçirilə bilər.
Büdcə layihəsinə əsasən, ABŞ terrorizmlə bağlı xaricdə hərbi əməliyyatların keçirilməsinə 73,7 milyard dollar xərcləyəcək.

Ümumilikdə, ABŞ büdcəsindən müdafiə ilə bağlı xərclərə 521 milyard dollar xərcləyəcək.
ABŞ müdafiə naziri büdcədən bu il 490,2 milyard dollar almalıdır. Bu göstərici isə ötən ilki rəqəmdən 3,3 milyard dollar çoxdur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti