Cen Psaki biabır oldu

Cen Psaki biabır oldu
  10 Dekabr 2014    Oxunub:1986
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki mətbuat konfransında jurnalistlərin Misirlə bağlı suallarını cavablandırandan sonra öz fikirlərini təkzib edib.
AzVision.az xəbər verir ki, mətbuat konfransı bitdikdən sorna mikrafonun açıq olduğunu unudan Cen Psaki “Misirlə bağlı açıqlama çox mənasız idi” – deyib.

Ağ evdə keçirilən brifinq zamanı həmişəki kimi ona təqdim olunan mətni oxuyan Cen Psaki Misirlə bağlı verilən suallara da həmin vərəqdən cavab verib.

Jurnalistlərin ardıcıl suallarını cavablandıra bilməyən C.Psaki onlarla sağollaşıb.

Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti