Avropadan “Cənub axını”na üç alternativ
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, iclasda üç mümkün variant müzakirə edilib.
İstifadə oluna biləcək ilk variant kimi “Cənub qaz Dəhlizi” vasitəsilə Xəzər qazının tədarük edilməsidir.
Problemin ikinci həlli kimi sıxılmış qaz terminalların tikilməsi göstərilib.
Üçüncü variant kimi isə Qara və Aralıq dənizləri şelflərinin işlənməsidir.
Daha əvvəl Avropa Komissiyasının Enerji Şurası üzrə vitse-prezidenti Maroş Şefçoviç “Twitter” səhifəsində yazmışdı ki, Avropa komissiyası enerji resurslarının təhlükəsiz tədarükü üçün yenidən “Cənub Axını”na alternativ layihələr axtarmağa başlayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 1-i bəyan edib ki, “Cənub Axını” layihəsinin reallaşdırılması dayandırılıb.
Eldar Tanrıverdiyev