Duma Ermənistanın Aİİ-yə üzvlük məsələsinə baxacaq
“Ermənistan Aİİ-yə qoşulmaq üçün maksimum şəkildə iradə göstərib. Bu Aİİ-nin arxitekturasının formalaşdılması anlamında tarixi qərardır”, - deyə Rusya Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Slutskiy bildirib.
Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.
Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.
Eldar Tanrıverdiyev
Teqlər: