“Qalatasaray” yenə 4 top buraxdı - NƏTİCƏLƏR

“Qalatasaray” yenə 4 top buraxdı - NƏTİCƏLƏR
  10 Dekabr 2014    Oxunub:1500
Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.
AzVision.az –ın məlumatına görə, A, B, C və D qruplarının görüşləri oynanılıb.

A qrupunda “Yuventus” səfərdə “Atletiko”nun qonağı olub. Oyun 0:0 yekunlaşıb. Qrupun digər oyununda ”Olimpiakos” evdə “Malmö”yə 4:2 hesabı ilə qalib gəlib.

B qrupunda “Real” “Ludoqorets”i öz meydanında 4 cavabsız qolla məğlub edib - 4:0. “Liverpul” isə “Bazel”i qəbul edib. Doğma meydanda "Bazel"lə 1:1 bərabərə qalan Liverpul təmsilçisi qrup mərhələsini 3-cü pillədə başa vurub.

C qrupunda “Zenit” “Monako”nun qonağı olub. Görüş Peterburq təmsilçisinin 0:2 hesablı məğlubiyyətilə başa çatıb. “Benfika” isə evdə “Bayer” (Leverkuzen) klubu ilə 0:0 bərabərə qalıb.

D qrupunda isə Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Arsenal”ı qəbul edib. Oyun 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Qrupun digər oyununda Dortmund “Borussiya”sı “Anderlext”i qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeydə alınan bu nəticələrdən sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" (İngiltərə) klubları 1/8 finala yüksəliblər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti