Azərbaycanlı jurnalist Moksvadan ev aldı - 24 milyona

Azərbaycanlı jurnalist Moksvadan ev aldı - 24 milyona
  10 Dekabr 2014    Oxunub:2629
Rusiyanın məşhur aktyoru və teleaparıcısı Dmitri Nağıyev Moskva ətrafında 24 milyon rubla yeni ev alıb.
AzVision.az AzNews.az-a istinadən xəbər verir ki, Moskvadan 24 kilometr aralıda yerləşən “Knyaz gölü” qəsəbəsində alınan evin 265 kvadrat metr olduğu deyilir.

Ərazidə çalışan əmlak agentləri jurnalistlərə bildirib ki, Dmitri 4 il öncə həmin qəsəbədə kiçik bir ev alıb. İndi isə o, böyük həcmdə olan ev almaq qərarına gəlib.
Nağıyev hazırda yeni aldığı evin daxili interyerini dəyişdirməklə məşğuldur.
Qeyd edək ki, Dmitri Nağıyevin tərcümeyi-halında çoxlu ziddiyətli məqamlar var. Bir neçə il öncə rus mediasına verdiyi müsahibəsində o, azərbaycanlı olduğunu bildirmişdi. Ancaq bununla yanaşı azərbaycanlılara nifrət etdiyini də vurğulamışdı. Elə həmin illər Vikipediyada onun Türkmənistanın paytaxtı Aşqabad şəhərində anadan olduğu yazılmışdı. Hazırda isə onun Leninqradda anadan olduğu qeyd edilib.

Vikipediyada yazılıb ki, onun ailəsi İrandan Türkmənistana köçüb. Aşqabadda onun azərbaycanlı atası (Adı Nikolay kimi yazılıb) latış millətindən olan bir qızla evlənib.
Qısa zamandan sonra isə onun valideynləri ayrılıb, Dmitrini anası böyüdüb. Elə Dmitridə azərbaycanlılara olan nifrət də yəqin burdan qaynaqlanıb.

Vikipediyada Dmitrinin babasının adının Qulam olduğu və Dmitrinin uşaq evində böyüdüyü deyilir. İranda yaşayan bir azərbaycanlının öz oğluna Nikolay adı verməsi də cavabı axtarılan məqamlardan biridir.


Teqlər:





Xəbər lenti