Narışkin Krımı Ukraynaya verən liderlərdən danışdı

Narışkin Krımı Ukraynaya verən liderlərdən danışdı
  09 Dekabr 2014    Oxunub:1617
"Krım Ukraynanın tərkibinə bəzi Rusiya liderlərinin məsuliyyətsizliyi ucbatından verilib".
Azvision.az "Regnum" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin çıxış edib.

O, hələ 1991-ci ildə Rusiya Parlamentinin NATO-nun Avropada genişlənəcəyi barədə xəbərdarlıq bəyanatı qəbul etdiyini bildirib:

"Fikir verin, o zaman hələ Ukrayna böhranı yox idi. Krım isə təzə-təzə Ukraynanın tərkibinə girirdi. Bunların hamısı rusiyalı siyasətçilərin məsuliyyətsizliyi idi. 20 il ərzində 12 ölkə NATO-nun üzvü oldu. İndi sual yaranır ki, Avropada kim bu vaxta qədər parçalanma yaradıb? Bunu indi bütün günahların baiskarının Rusiya olduğunu deyənlər edib".


Teqlər:  





Xəbər lenti