Ukrayna Kanada ilə hərbi təlimlər keçirəcək

Ukrayna Kanada ilə hərbi təlimlər keçirəcək
  09 Dekabr 2014    Oxunub:1110
Ukrayna və Kanada birgə hərbi təlimlərin keçirilməsinə dair saziş imzalayıblar.
AzVision.az xəbər verir ki, bu barədə"İtar-tass-a Kanadanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Kanada hələ də Ukrayna xalqına yardım etməkdə qətiyyətlidir. Bu istiqamətdə birgə işləmək Ukraynaya müstəqil dövlət olmaq yolundan yardım edəcək.", - deyə Kanadanın müdafiə naziri Robert Nikolson bildirib.

Qeyd edək ki, bundan sonra Ukrayna və Kanada hərbi təlimlərlə yanaşı, həmçinin təhlükəsizlik sahəsində də əməkdaşlıq edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti