Ermənistan çətin durumda: qiymətlər sürətlə qalxır
Ermənistan Milli Statistika İdarəsinin hesabatına əsasən 2010-cu ilə müqayisədə ölkədə inflyasiya 20,6% olub.
“Ötən ilin noyabr ayı ilə müqayisədə inflyasiya 1,3% olub. Bu göstəricidə son günlər erməni dramın kəskin dəyərsizləşməsi nəticəsində yaranan inflyasiya göstəricisi nəzərə alınmayıb. Dekabr ayında qeydə alınacaq göstəricinin daha da pis olacağını təxmin etmək heç də çətin deyil”, - deyə qəzetdə nəşr olunan məqalədə vurğulanır.
Qeyd edək ki, son 16 gün ərzində Ermənistan dramı 10% dəyərdən düşüb. Ölkədə təxminən bütün ərzaq məhsullarında 10% bahalaşma qeydə alınıb.
Eldar Tanrıverdiyev