İsraildə siyasi böhran: Parlament buraxıldı
Rəsmi olaraq seçki kompaniyasının başlanması anlamına gələn qanun layihəsini Knessetin 120 deputatından 93-ü dəstəkləyib. Parlamentin buraxılması barədə qərarı qəbul edən deputatlar seçkilərə qədər öz səlahiyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, dekabrın 3-də İsraildə hakim siyasi koalisiya dağılıb. Belə ki, baş nazir Binyamin Netanyahu maliyyə naziri Yaira Lapida və ədliyyə naziri Çipi Livnini istefaya göndərib.
İstefaya göndərilən nazirlər müvafiq olaraq “Eş Atid” partiyası və “Ha-Tbua” hərəkatına rəhbərlik ediblər. Koalisiyanın dağılması ilə əlaqədar olaraq Netanyahu yaxın vaxtlarda ölkədə növbədənkənar seçkilərin keçirilməsini elan edəcək.
“Növbədənkənar seçkilər – pisdir, lakin tərkibində kabineti içərisindən silkələyin nazirlərin olduğu kabinet daha da pisdir. Ona görə də, təcili seçkilər keçirilməli və vahid və güclü hakimiyyət formalaşdırılmalıdır”, - deyə Netanyahu bildirmişdi.
Eldar Tanrıverdiyev