İnterpol Yanukoviçin axtarışından imtina etdi

İnterpol Yanukoviçin axtarışından imtina etdi
  09 Dekabr 2014    Oxunub:1215
İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Baş prokuroru Vitali Yaryoma bəyan edib.

“Onlar rəsmi olaraq bizim sorğularımızı cavablandırmırlar. Biz onlara materiallar göndəririk, onlar isə susurlar. Danışıqlarda isə bizə deyirlər ki, Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır”, deyə Yaryoma bildirib.

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu Viktor Yanukoviç və ona yaxın məmurlara qarşı 30-dan artıq cinayət işi açıb.


Teqlər:





Xəbər lenti