Uruqvaydan Qarabağa sülh çağırışı
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Yerevanda Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birgə keçirilən mətbuat konfransında Uruqvayın vitse-prezidenti və Senatının rəhbəri Danilo Astori bildirib.
Qarabağ münaqişəsi barədə suala cavab verərkən o vurğulayıb ki, Uruqvay azadlıq, bərabərlik, ədalət kimi dəyərləri müdafiə edir və konfliktin bu dəyərlər əsasında həll edilməsini istəyir: “Bu isə sülh danışıqları olmadan mümkün deyil”
Astori eyni zamanda vurğulayıb ki, Uruqvay münaqişənin bütün tərəfləri ilə müsbət əlaqələr qurmağa cəhd edir: “Biz istənilən beynəlxalq münaqişə məsələsində bu cür yanaşmanı dəstəkləyirik”.
Eldar Tanrıverdiyev