Ermənistanda qadınlara qarşı zorakılıq halları artıb

Ermənistanda qadınlara qarşı zorakılıq halları artıb
  08 Dekabr 2014    Oxunub:1363
Ermənistanda qadınlara qarşı zorakılıq halları ciddi problem olaraq qalır.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanda gender zorakılığına qarşı 16 günlük kampaniyanın yekunları ilə bağlı keçirilən mətbuat konfransında BMT-nin Uşaq Fondunun nümayəndəsi, BMT-nin bu ölkədəki kordinatoru səlahiyyətlərini yerinə yetirən Henriett Arens bildirib.

Onun sözlərinə görə, Ermənistan polisinin hesabatlarına əsasən yanvar-avqust 2014-cü ildə 1500-ə yaxın qadın zorakılığa məruz qalıb: “BMT-nin Ermənistandakı ofisi qadınlara qarşı zorakılığın dayandırılmasını və ölkədə qadın hüquqlarının müdafiəsinin stimullaşdırılmasına çağırır”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti