Nazirdən məktəbin təmir edilməsini istədilər

Nazirdən məktəbin təmir edilməsini istədilər
  08 Dekabr 2014    Oxunub:1469
Təhsil naziri Mikayıl Cabbarov dekabrın 8-də Saatlı şəhərindəki Gənclər Mərkəzində Şirvan şəhərində, Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul rayonlarında yaşayan bir qrup vətəndaşı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri 30-dan çox sakinin müraciətlərinə baxılıb.

Vətəndaşlar işə qəbul, xaricdə təhsil, məktəblərin təmiri ilə əlaqədar müraciət ediblər. İş yerlərinin dəyişdirilməsi, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsildə yeniliklərin tətbiqinə dair təkliflər də qəbul zamanı qaldırılan məsələlər sırasında olub.

Nazir Mikayıl Cabbarov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Müraciətləri bir qismi elə yerindəcə öz həllini tapıb. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti