Əsəd İŞİD-i qırır: 100 ölü

Əsəd İŞİD-i qırır: 100 ölü
  08 Dekabr 2014    Oxunub:2383
Suriya prezidenti Bəşər Əsəd sadiq qüvvələr ölkənin şərqində yerləşən Deyr -əz-Zor şəhərindən İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarından azad edib.
Azvision.az-ın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da Suriya ordusu ölkə üçün böyük əhəmiyyətə malik eyniadlı hava limanını terrorçulardan təmizləyib.

Məlumata əsasən hava limanının azad olunması ilə bağlı keçirilən əməliyyatlarda 100 İŞİD yaraqlısı məhv edilib. Suriya ordusu isə əməliyyatlar zamanı 59 itki verib.

Əsəd qüvvələri həmçinin terrorçuların Əl-Cofra şəhərinə hücumunun qarşısını alıb. Bundan əlavə Suriya ordusu ölənin şimal-şərqində Es-Seyha və Tuk-əl-Milh yaşayış məntəqələrini də azad edib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti