Avtobus qəzası - 17 ölü, 50 yaralı

Avtobus qəzası - 17 ölü, 50 yaralı
  08 Dekabr 2014    Oxunub:1465
Nepalda ağır avtobus qəzası baş verib.
AzVision.az-ın “Reuters”ə istinadən xəbər verir ki, qəza nəticəsində 17 nəfər ölüb, 50 nəfər yaralanıb.

Sərnişinlə dolu avtobus Paytaxtı Katmandudan 400 kilometr aralıda yerləşən Pakharakada kəndi yaxınlığında 600 metr hündürlükdən dərəyə yuvarlanıb.

Məlumata əsasən hadisə zamanı 38 yerlik avtobusda 67 nəfər olub. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti