Ərdoğan oğlunun gəmisini satdırdı

Ərdoğan oğlunun gəmisini satdırdı
  07 Dekabr 2014    Oxunub:2085
Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir olduğu zamanlarda "gemicik" olaraq adlandırdığı oğlu Burak Ərdoğanın gəmisini satdırıb.
Ərdoğan “SAFRAN” adlı gəmini xüsusi təlimat ilə satdırıb. Gəminin Ərdoğan ailəsinə qarşı siyasi baxımdan istifadə edildiyi və ailəyə ziyan vurduğu üçün satıldığı bildirilir. Gəminin satılmasına isə Ərdoğan ailəsinin bir yerdə qərar verdiyi ortaya çıxıb.

Ərdoğanın böyük oğlu Ahmet Burak Ərdoğanın idarə heyyəti başçılığını etdiyi " MB Dənizçilik Şirkəti" nin mülkiyyətində olan “M/V Safran-1" adlı gəmi 1991 -ci ildə inşa edilib.

96 metre boyunda və 14 metrə genişliyində ümumi yük gəmisinin 1 milyon 100 min dollar məbləğində Fahri Göncününü sahibi olduğu "FG Dənizçilik şirkəti" nə satılıb. Gəminin 4 min 495 yük daşıma həcminə sahib olduğu bildirilir.

27 noyabrda " FG Dənizçilik Şirkəti" üzərində qeydiyyatda olan M/V SAFRAN-1" adlı türk bayraqlı gəminin adının “M/V UMIT G” olaraq dəyişdirildiyi bildirilir.(Ans)


Teqlər:





Xəbər lenti