Obamanın səhhəti pisləşib

Obamanın səhhəti pisləşib
  07 Dekabr 2014    Oxunub:1865
ABŞ prezidenti Barak Obama şəxsi həkiminin göstərişi ilə ABŞ Silahlı Qüvvələrinin Uolter Rid adına Tibb Mərkəzinə müayinəyə gedib.

Virtualaz.org saytı “Reuters”ə istinadən xəbər verir ki, ABŞ prezidentinin səhhətində problem yaranıb, o, boğaz ağrısından əziyyət çəkir.

“Prezidentin iş qrafikində sərbəst vaxtın olması nəzərə alınmaqla onun hospitala göndərilməsi qərara alındı. Bu göztərişi prezidentin şəxsi həkimi Ronni Cekson verib. Həkim prezidentin müayinədən keçməsini vacib bildi” - deyə Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib.

Bununla belə mətbuat katibi əlavə edib ki, B.Obamaya təxirəsalınmaz tibbi yardım göstərilməsi zərurəti yaranmayıb.



Teqlər:





Xəbər lenti