`Əl-Qaidə`nin ən təhlükəli terrorçusu öldürüldü

`Əl-Qaidə`nin ən təhlükəli terrorçusu öldürüldü
  07 Dekabr 2014    Oxunub:1719
Pakistan silahlı qüvvələri Birləşmiş Ştatların 2009-cu ildə Nyu-York şəhərinin metro sistemində hücum planlaşdırdığına görə axtarışını elan etdiyi yüksək rütbəli Əl-Qaidə üzvü məhv edilib.
AzVision.az -ın məlumatına görə, Adnan Şukricuma bu gün Əfqanıstanla sərhəd yaxınlığında yerləşən Cənubi Vəziristan bölgəsində Şinvarsakdakı istinadgahında öldürülüb. Onunla əlbir iki nəfərin də öldürüldüyü bildirilir.

Hərbi qüvvələr reyd zamanı beş yaraqlının həbs edilib.

Adnan Şukricuma iyun ayında Pakistan hökumətinin yaraqlılarının bazalarına başladığı hücumlardan qurtarmaq üçün qəbilələrin yaşadığı Şimali Vəziristan bölgəsindən Cənubi Vəziristana qaçıb.

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Səudiyyə Ərəbistanında anadan olmuş Şukricumanı axtarışda olan terrorçular siyahısına salıb və onun ələ keçirilməsinə yardım göstərən şəxsə 5 milyon dollar vəd edib.

ABŞ prokurorları Şukricumanı Nyu-York metrosunda partlayış törətmək üçün kütləvi qırğın silahlarından istifadə etməyi planlaşdırdığını bildirirlər. (ANS)


Teqlər:  





Xəbər lenti