Ermənistan ordusunda güllələnmə

Ermənistan ordusunda güllələnmə
  06 Dekabr 2014    Oxunub:2050
Ermənistan ordusunun zabiti saxlanılıb.
Ermənistan mətbuatının yaydığı məlumata görə, baş leytenant Qazaryan müqavilə əsasında xidmət edən erməni muzdlu Karen Ananyanı güllələməkdə ittiham edilir.

Məlumata görə, Ermənistan hərbi hissələrdən birində baş leytenant Qazaryanla sıravi əsgər Saribekyan arasında mübahisə düşüb. Bundan sonra baş leytenant avtomat silahı götürərək ətrafa nizamsız atəş açmağa başlayıb. Güllələrdən biri təsadüfən muzdlu Ananyana dəyib. Təcili hospitala çatdırılan muzdlu əməliyyat edilib. Erməni baş leytenanta tabeliyində olan hərbi qulluqçularla kobud davranma və onlara qarşı silah işlətmə maddəsi ilə cinayət işi açılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinini rəhbəri Artsrun Ovanisyan hərbi qulluqçunun yaralanması faktını şərh etməkdən imtina edib.(Ans)


Teqlər:





Xəbər lenti