Berlində Kəlbəcər girovlarına dəstək aksiyası – VİDEO

Berlində Kəlbəcər girovlarına dəstək aksiyası – VİDEO
  06 Dekabr 2014    Oxunub:2613
Azərbaycan Tələbə Şəbəkəsi noyabrın 29-da Almaniyanın paytaxtı Berlində Brandemburq Qapılarının önündə Kəlbəcər girovlarına yardım çərçivəsində #saveazehostages aksiyasını keçirib.

ASN üzvləri və digər tələbələrin dəstəyi ilə baş tutan tədbirdə 6 nəfər gənc (3 qız və 3 oğlan) əyinlərinə girovların şəkilləri olan və dörd dildə “girovlarımızı azad et” şüarı yazılmış köynəklər geyinmişdilər.

Tədbiri izləyənlərə erməni işğalı, vətəndaşlarmızın öz topraqlarmızda girov götürülməsi haqqında məlumat kitabçaları paylanıb.

AzVision.az həmin aksiyanın videosunu təqdim edir:




Teqlər:





Xəbər lenti