Obama Heygeli onunla əvəz edir - FOTO
60 yaşlı E.Karter 2011-2013-cü illərdə Pentaqon rəhbərinin birinci müavini olub, son vaxtlar isə araşdırma təşkilatı olan "Amerika tərəqqisi naminə" Mərkəzdə çalışıb. O, 2009-2011-ci illərdə müdafiə nazirinin müavini olub və silah alışına görə cavabdehlik daşıyıb.
Əgər Senat onun namizədliyini təsdiq etsə, E.Karter B.Obama administrasiyasının hakimiyyətə gəlməsindən bəri Pentaqonun dördüncü rəhbəri olacaq.
Teqlər: