`Rusiyanın gücünü unutmayın` - Nazarbayev

`Rusiyanın gücünü unutmayın` - Nazarbayev
  05 Dekabr 2014    Oxunub:2816
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avropa ittifaqına üzv ölkələri Rusiyanın gücünü düzgün adekvat şəkildə qiymətləndirməyi məsləhət görüb.

AzVision.az-ın “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan lideri Fransa prezidenti Fransua Ollandla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazarbayev Ukraynadakı hadisələrlə əlaqədar Rusiya ətrafında baş verənləri “çoxqatlı” problem adlandırıb.

Nazarbayev “bütün beynəlxalq qaydaların pozulduğu”nu, dünyanın aparıcı dövlətlərin liderləri arasında inamın azaldığını vurğulayıb.

“Rusiyanın gücünü düzgün qiymətləndirmək lazımdır. Bu dünyanın ərazicə ən böyük və varlı ölkəsidir. Sanksiyalarla əlaqədar təbii ki, o gəlirləri itirib, lakin qaz, neft və digər təbii sərvətlər Rusiyanın özündə qalır. Böhran uzun müddət davam etmir və istənilən müharibə sülhlə yekunlaşır”, - deyə Nazarbayev bildirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti