Erməni müşavirinə görə Davudoğluna istefa tələbi

Erməni müşavirinə görə Davudoğluna istefa tələbi
  05 Dekabr 2014    Oxunub:7224
Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli müşaviri Etyen Mahçupyanın “Böyük Rüşvət” barədə bəyanatı hakim “Ədalət və İnkişaf partiyası”dan (AKP) olan deputatların narazılığına səbəb olub.

Bu barədə AzVision.az “Sözcü” qəzetinə istinadən xəbər verir.

Məlumata əsasən hakim partiyanın deputatları baş nazir Davudoğludan Mahçupyanı tutduğu vəzifədən istefaya göndərməsini tələb edirlər. Hakim partiyadan olan deputatları Mahçupyanın “Xalq bilir “AKP” üzvləri “Böyük rüşvət” işinə cəlb olunublar” bəyanatından narazı qalıblar.

Qeyd edək ki, ötən ilin dekabrln 17-də İstanbulda “Böyük Rüşvət” əməliyyatı çərçivəsində “Ağaoğlu” holdinqin direktoru Əli Ağaoğlu, Rza Zərrab, Fatih meri Mustafa Dəmir, “Halk” bank prezidenti Süleyman Arslan, daxili işlər, iqtisadiyyat və ətraf mühitin mühafizəsi nazirlərinin övladları saxlanılmışdı.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti