Ermənistan “Yeni SSRİ”yə rəsmən qoşuldu

Ermənistan “Yeni SSRİ”yə rəsmən qoşuldu
  04 Dekabr 2014    Oxunub:2087
Ermənistan parlamenti bu gün keçirilən iclasında ölkənin Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması barədə sənədi təsdiqləyib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ermənistanın Aİİ-yə qoşulması barədə sazişin lehinə 103 deputat, əleyhinə isə 7 deputat səs verib. Bir erməni deputat məsələ ilə bağlı fikir bildirməkdən imtina edib.

Qeyd edək ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.
Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti