“Çakallarla Dans 3” Bakıda

“Çakallarla Dans 3” Bakıda
  04 Dekabr 2014    Oxunub:1882
Nizami Kino Mərkəzində “Çakallarla Dans 3 ” və “Ehram” filmlərinin nümayişinə başlanılıb.
Kino mərkəzindən AzVision.az-a bildirilib ki, Türkiyə rejissoru Murat Şəkərin çəkdiyi “Çakallarla Dans 3” filmi macəra və komediya janrındadır.

Qayınço Gökhan, Del Piero Hikmət, Köfte Necmi və mühasib Servet yenə bir yerdədirlər. Cəmiyyətlə ayaqlaşmağı öyrənmək üçün hətta “qrup terapiyasına” gedirlər. Bir gün Hikmət, bəlkə də həyatında ilk dəfə gördüyü ən gözəl qız - Mehriban ilə rastlaşır. Amma Mehriban danışmır - laldır. Onlar bir birilərinə aşiq olurlar. Hikmət Mehribanla evlənmək qərarına gəlir. Amma Mehribanın anasının Hikmətdən xahişi onu yenidən döndüyü yola qaytarmağa vadar edir... Beləliklə çakalların macəraları qaldığı yerdən davam edir.

Filmdə əsas rolları, ilk iki bölümdə olduğu kimi Şevket Çoruh, İlker Ayrık, Timur Acar və Murad Akkoyunlu ifa edir. Filmin ssenarisi isə Murat Şəkər və Ali Tanrıverdiyə aiddir.

Növbəti, Amerika istehsalı olan “Ehram” filmini rejissor Qreqori Levasser Deniel Mirsand və Nik Saymonun ssenarisi əsasında dəhşət janrında çəkib.

Bir qrup Amerika arxeoloqu Misirdə qədim ehramı ortaya çıxarırlar. Ehramın tədqiqatına başlayan qrup, onun sonu olmayan qaranlıq katakombalarında qeyb olurlar...

Əsas rollarda Eşli Xinşou, Denis Oxeyr, Ceyms Bakli, Kristina Nikola, Amir Kamiab, Faykal Attuquy,Filip Şelli, Omar Benbraxim, Cozef Beddelem, və Qarşa Arritos çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənə bilərsiniz.

AzVision.az


Teqlər:  





Xəbər lenti