ABŞ-da kütləvi etiraz aksiyaları başlayıb

ABŞ-da kütləvi etiraz aksiyaları başlayıb
  04 Dekabr 2014    Oxunub:1681
Böyük Jürinin qaradərili vətəndaşı saxlayan zaman güc tətbiq edən polisə qarşı ittiham irəli sürməməyə qərar verdikdən sonra Nyu-Yorkda etiraz aksiyaları başlayıb.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Nyu York küçələrinə çıxan yüzlərlə etirazçılar “Mən nəfəs ala bilmirəm” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyaları Vaşinqton və digər şəhərlərdə də keçirilir.

Qeyd edək ki, bu ilin iyul ayının 17-də Nyu-Yorkda 29 yaşlı polis Deniel Pantaleo qanunsuz siqaret satışına görə, 43 yaşlı qaradərili Erik Qarneri həbs etməyə cəhd edib. Polis 6 uşaq atası Erikə boğucu fənddən istifadə edib. Nəticədə isə piylənmə və astmadan əziyyət çəkən kişi boğulub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti