Rusiyada ağır döyüşlər: Ölənlər var

Rusiyada ağır döyüşlər: Ölənlər var
  04 Dekabr 2014    Oxunub:2054
Rusiyada, Çeçenistanda polislər və hüquq-mühafizə orqanları əməkdaşları arasında ağır döyüşlər gedir.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Ötən gün Çeçenistan paytaxtı Qroznıda güclü partlayış baş verib. partlayış törədən terrorçular daha sonra Çeçenistan paytaxtının mərkəzində yerləşən “Nəşriyyat Evi”ndə gizləniblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları xüsusi əməliyyata başlayıblar. Əməliyyata birbaşa Çeçenistan lideri Ramzan Kadırov rəhbərlik edir.

“Hazırda “Nəşriyyat Evi”ndə yeddi nəfərin cəsədi aşkarlanıb. Yaxın 20 dəqiqə ərzində xüsusi əməliyyat başa çatacaq. Bizim əsas hədəfimiz dinc sakinlıər arasında qurbanların olmasının qarşısını almaqdır”, - deyə Kadırov öz “İnstagram” səhifəsindən yazıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti