ABŞ-ın 17 ştatı Obamanı məhkəməyə verir

ABŞ-ın 17 ştatı Obamanı məhkəməyə verir
  04 Dekabr 2014    Oxunub:2713
ABŞ-da 17 ştatdan ibarət koalisiya ABŞ prezidenti Barak Obama Administrasiyasını məhkəməyə verməyə qərar verib.

AzVision.az-ın “BBC”-yə istinadən verdiyi məlumata görə, buna səbəb Obamanın Konqresin izni olmadan miqrasiya islahatı keçirməsidir

İddia ərizəsinin təşəbbüskarı Texas ştatıdır.

“Prezident qanun layihəsini lazımı qaydada təsdiqləməkdən, Konqresə çıxarmaqdan imtina etdi. Onun miqrasiya islahatı ilə bağlı qanunu imzalamaq hüququ yox idi”, - deyə Texas ştatının Baş prokuroru Qreq Ebbot bildirib.

Məlumata əsasən koalisiyaya “Respublikaçılar”ı dəstəkləyən ştatlar daxil olub.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti