Prezidentin fırıldaq müşaviri istefa verdi

Prezidentin fırıldaq müşaviri istefa verdi
  04 Dekabr 2014    Oxunub:3074
Fransa prezidenti Fransua Ollandın müşaviri Fauzi Lamdaui fırıldaqçılıq ittihamı ilə dindirilməyə çağırıldıqdan sonra istefa verib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Fauzi bu ay ərzində Ollandın istefa verən ikinci yaxın silahdaşıdır.

F.Lamdaui korporativ vəsaitlərin səmərəsiz istifadəsi, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham edilir. Yelisey sarayı istefa faktını təsdiqləyib.

Qeyd edək ki, 2012-ci ildə F.Lamdaui Ollandın seçki qərargahına rəhbərlik edib. Bundan əvvəl Fransa prezidentinin digər müşaviri Kader Arif istefa vermişdi. O, tenderlərin keçirilməsində sui-istifadə hallarına yol verməkdə şübhəli bilinir.


Teqlər:





Xəbər lenti