“Rusiya Ermənistandan üz döndərib” – Erməni deputat

“Rusiya Ermənistandan üz döndərib” – Erməni deputat
  03 Dekabr 2014    Oxunub:2124
Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün heç nə etməyib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin iclasında çıxışı zamanı müxalifətdən olan deputat, qərbyönümlü “Azad Demokratlar” partiyasının lideri Xaçatur Kokobelyan bildirib.

Onun sözlərinə görə, bunu 2014-cü ildə Qarabağda baş verən hadisələr də təsdiqləyir.
Erməni deputatın sözlərinə görə, nə noyabr ayında vurulan helikopter zamanı, nə də iyul-avqust aylarında sərhəd baş verənlər zamanı Rusiya və ya KTMT bəyanatlarla çıxış etmədi: “Biz KTMT-nın üzvüyük. Bu üzvlüyün bizə nə verdiyi barədə düşünün. Bundan sonra Rusiya Ermənistan maraqlarının qarantıdır demək lazım deyil”.

Qeyd edək ki, Bu gün Ermənistan parlamentində ölkənin Avrasiya iqtisadi İttifaqına qoşulmasına dair dinləmələr gedir.

Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə saziş oktyabrın 10-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının iclasında imzalanıb.

Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş Rusiya, Belarus və Qazaxıstan prezidentlərinin may ayının 29-da Astanada keçirdiyi görüş zamanı imzalanıb.

Müqavilə quruma üzv ölkələrin ərazisində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti