`Qəbul imtahanları çətinləşməlidir` - Ekspert
“Bəzi ölkələrdə imtahan zamanı açıq sualların sayı 20-yə qədər olur. Açıq suallar abituriyntləri vadar edir ki, proqramı daha dərindən mənimsəmiş olsunlar. Məhz açıq testlərin üstün keyfiyyəti bundan ibarətdir. Hətta Tələbə Qəbulu üzrə Dövlət Komissiyası az açıq suallar tətbiq etdiyi vaxtlarda da, məhz açıq testlərin cavablarına üstünlük verib”.
Təhsil eksperti bildirib ki, bu müyyən qədər şagirdlərin hazırlığının güclənməsinə səbəb ola biləcək:
“Bir tərəfdən Təhsil Nazirliyi bəyan edir ki, təhsilin keyfiyyəti yüksəlir, amma bununla razı deyiləm. Təhsilin keyfiyyəti yüksəldikcə, testlərin də mürəkkəbləşməsi prosesi aparılmalıdır. Bu sahə üzrə mütəxəssislər deyir ki, bizim TQDK-nın tətbiq etdiyi testlər mürəkkəb sayılmır. Başqa ölkələrdə tətbiq olunan testlər daha mürəkkəb sayılır. Hesab edirəm ki, açıq testlərin sayının artırılması yuxarı sinif şagirdlərində məsuliyyət hissi yaradacaq. Onlar proqramın mənimsənilməsinə daha çox can atmış olacaqlar”.
Xatırladaq ki, gələn il qəbul imtahanlarında hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd açıq test tapşırığının istifadəsi nəzərdə tutulur. Bu barədə bir neçə gün öncə mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. İmtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Gələn il açıq tipli test suallarının veriləcəyi fənnlər bunlardır- I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənlərindən olan suallar arasında açıq tipli testlər olacaq.
Anar Kəlbiyev
Teqlər: