Nurçuların azərbaycanlı lideri həbs edildi
Məlumata görə, H.İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. O, Rostov-Donda mollalıq edib və nurçular ibadət və müxtəlif ayinlərin icrası yeri kimi məhz onun mənzilindən istifadə ediblər.
2005 –ci ildən 2012-ci ilə qədər o, Ukraynada yaşayıb. Amma qayıdandan sonra ekstremist fəaliyyətini davam etdirib. Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları axtarış zamanı onun məzilindən nurçuluq təriqətinin yaradıcısı Səid Nursinin müəllifi olduğu 1000-dən artıq kitab aşkarlayıblar.
Məlum olub ki, Rusiyada yayılması qanunla qadağan olunan bu kitabların əksəriyyəti Türkiyədən gətirilib.
Teqlər: