Təhlükə yoxdur, narahat olmayın! - Zəlzələ açıqlaması

Təhlükə yoxdur, narahat olmayın! - Zəlzələ açıqlaması
  03 Dekabr 2014    Oxunub:1851
Son iki gündə ölkə ərazisində bir neçə ardıcıl zəlzələ baş verib. Belə ki, ötən gün Xəzər dənizində 3 dəfə, bu gün isə Şamaxı rayonunda yeraltı təkanlar qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AzVision.az-a açıqlamasında zəlzələlərin ciddi təhlükə mənbəyi olmadığını deyib.

“Bunlar hamısı dərində olan zəlzələlərdir və zəif təkanlardır. Mütəmadi olaraq seysmoloji zonalarda müəyyən bir periodda kiçik aktivləşmə gedir. Amma bunlar hamısı enerji boşalması və zəif təkanlarla gedir. Deməzdim ki, bu çox güclü bir aktivlikdi. Təhülkəli vəziyyət yoxdur ki, həyəcan təbili çalınsın”-deyə Q.Yetirmişli vurğulayıb.

Qeyd edək ki, son günlər Xəzər dənizində və Şamaxı rayonu ərazisində zəlzələlər qeydə alınıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti