“Süni intellekt bəşəriyyətə qalib gələcək” – Məşhur fizik

“Süni intellekt bəşəriyyətə qalib gələcək” – Məşhur fizik
  03 Dekabr 2014    Oxunub:2979
Süni intellekt sistemlərinin inkişafı bəşəriyyət üçü təhlükə törədir.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyalı fizik-nəzəriyyəçisi Stiven Hokinq (Stephen Hawking) bildirib.

“Mükəmməl süni intellektin yaranmasının insan irqinin sonu ilə nəticələnə bilər. Bu cür intellekt təşəbbüsü öz üzərinə götürəcək və özü-özünü artan sürətlə təkmilləşdirməyə başlayacaq. İnsanın imkanları yavaş təkamüllə əlaqədar olaraq məhduddur. Biz maşınları sürəti ilə rəqabət apara bilməyəcəyik və məğlub olacağıq”, - deyə Hokinq “BBC”yə müshaibəsində vurğulayıb.

Məşhur fizik eyni zamanda etiraf edib ki, süni intellektin mövcud primitiv formaları öz xeyrini sübut edib. Hokinq ehtiyat edir ki, yaxın gələcəkdə insan bacarıqlarını üstələyəcək maşınların yaranmasından ehtiyat edir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti