Maşınlar nə vaxt özləri gedəcək?

Maşınlar nə vaxt özləri gedəcək?
  07 May 2013    Oxunub:1987
Google şirkəti öz maşın avtopilotunu ABŞ-ın Nevada ştatının yollarında sınaqdan keçirib.
AzVision.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, son beş ildə layihənin həyata keçirilməsinə 10 milyon dollar sərf edilib. Bu məsələ ilə bağlı BMW, Ford, GM, Honda, Hundai, Mercedes, Nissan, Toyota, Volkswagen, Volvo kimi şirkətlər məşğul olur. Hazırda şirkətlərin bəziləri artıq nəqliyyatı pilotsuz idarə etmənin prototiplərini sınaqdan keçirirlər. Beləliklə, 2015-ci ildə hamı sükanı buraxaraq avtomobilin idarəsini robot-avtopilota etibar edə biləcək.

Avtopilotun iş prinsipi

Pilotsuz avtomobillərin hazırlanmasında iki müxtəlif istiqamət vardır. Şüa yaradan aktiv tənzimləyici əsasında lazer vasitəsilə 3D xəritələrinin qurulması, yoldakı vəziyyət haqqında informasiyanın qəbul olunması və s. birinci istiqamətə daxildir. İkincisi – video görüntülərin əldə edilməsi ilə passiv məlumatların analiz olunmasıdır. Ən çox istifadə edilən istiqamət 80 faizlə birincidir.

Hollandiya şirkəti artıq satışa, kameranın köməyi ilə real zaman rejimində mümkün qəza vəziyyəti barədə xəbərdarlıq edən sistem buraxıb.

Dünya avtomobil brendləri bildiriblər ki, yaradılacaq avtomobil modellərinin yeni nəsillərində avtopilot elementləri nəzərdə tutulub. Bu cür avtomobillərin buraxılışı 2015-2018-ci illərdə mümkün olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti