Putin Atatürk haqda nə yazdı?

Putin Atatürk haqda nə yazdı?
  02 Dekabr 2014    Oxunub:2491
Rusiya prezidenti Vladimir Putinin Atatürkün məzarı - Anıtkabiri ziyarət edərkən xatirə kitabına yazdığı sözlər açıqlanıb.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Xatirə kitabında Rusiya lideri qeyd edib:

“Rusiyada Türkiyə Respublikasının banisinin xatirəsini əziz tuturlar. Biz Türkiyənin ilk prezidentinin ölkələrimiz arasında dostluq əlaqələrinin qurulmasına verdiyi töhfəni yüksək qiymətləndiririk”

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən gün Türkiyəyə işgüzar səfərə gəlmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti