`Cənub axını` ləğv olunur - ŞOK NƏTİCƏ

`Cənub axını` ləğv olunur - ŞOK NƏTİCƏ
  02 Dekabr 2014    Oxunub:2546
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin Avropaya qaz çıxaracaq “Cənub Axını” layihəsini dayandırdıqlarını açıqlayıblar.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 63 milyard kubmetr qaz daşıyacağı planlaşdırılan boru xəttinin hazırkı vəziyyətdə reallaşdırılmayacağı bildirilib:

“Bolqarıstandan icazə almadan Qara dənizin altından inşaat işlərinə başlamaq düzgün deyil. Deməli, bunu reallaşdırmaq olmayacaq. Baş tutacağı təqdirdə Bolqarıstan illik 400 milyon gəlir əldə edə bilərdi”.

Putinin açıqlamasına görə, bunun əvəzinə Türkiyəyə başqa bir boru xətti çəkiləcək. bu xətt Türkiyə-Yunanıstan sərhədinin Türkiyə hissəsində qurulacaq qaz terminalına çəkiləcək.

Rusiya prezidenti vurğulayıb ki, Türkiyənin tələb edəcəyi təqdirdə 2015-ci il yanvarın 1-dən etibarən bu ölkəyə verilən təbii qazın qiymətinə 6% endirim edəcəklər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti