Putinlə Ərdoğanın görüşü 3 saat çəkdi

Putinlə Ərdoğanın görüşü 3 saat çəkdi
  02 Dekabr 2014    Oxunub:1412
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin görüşü başa çatıb.
Prezidentlərin təkbətək danışıqları planlaşdırılandan çox davam edib. Reqlamentə əsasən, 1 saat 15 dəqiqə vaxt ayrılan görüş planlaşdırılan saatdan daha tez - Bakı vaxtı ilə saat 16:20-də başlayıb və təqribən 19:30-da baş çatıb. Bununla da görüş təqribən 3 saat davam edib.

Sonra prezidentlər Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

Prezidentlərin mətbuat konfransında görüşün nəticələri barədə məlumat verəcəkləri gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti