Rusiyada azərbaycanlı hərbçi öldürülüb

Rusiyada azərbaycanlı hərbçi öldürülüb
  01 Dekabr 2014    Oxunub:1444
Rusiya ordusunda bir nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnmiş insident baş verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Pskvoda yerləşən 76-cı desant-hücum diviziyasının 104-cü polkunda yaşanıb.

Məlum olub ki, burada xidmət edən hərbçilərdən biri münaqişə zəminində digərini öldürüb, daha iki nəfəri isə bıcaqla yaralayıb. İnsident iştirakçılarının hamısının həqiqi hərbi xidmətdə olduqları bildirilir.

Əsgər yoldaşını öldürən şəxsin hadisədən sonra rahat şəkildə yatmağa yollandığı söylənilir.

Məlumatı verən mənbələrdən biri bildirib ki, qətlə yetirilən əsgər milliyyətcə azərbaycanlıdır. O, Nijni Novqorod vilayətindən həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlər arasındakı münaqişənin milli zəmində baş verdiyi ehtimal edilsə də, 76-cı desant-hücum diviziyasının komandiri Aleksey Naumets bunu təkzib edib.

AzVision.az


Teqlər:





Xəbər lenti