“İsrail ərazisi cəhənnəmə çevriləcək”- Rəsmi Tehran

“İsrail ərazisi cəhənnəmə çevriləcək”- Rəsmi Tehran
  01 Dekabr 2014    Oxunub:1953
İran İslam İnqilabı Keşikçilər Korpusunun rəhbərinin müavini general Hüseyn Salami dövlət bəyan edib ki, Qərb sahilinin yəhudilər üçün cəhənnəmə çevriləcəyi və Qərb sahili və Qəzza xalqlarının birləşəcəyi gün uzaq da deyil.
AzVision.az-ın məlumatına görə, bu barədə Salami İran dövlət televiziyasına müsahibəsində bildirib.

“İsrail “Hizbullah”, “HƏMAS”, və “İslam Cihadı”-nın gözəl odlu atəşinin altında qaldığı zaman heç ABŞ-da onun köməyinə çata bilməyəcək”, - deyə Salami bildirib.

General həmçinin bəyan edib ki, İran nüvə proqramı üzrə danışıqlarda öz istəyinə nail olacaq: “Amerikalılar bilirlər ki, onlar İranı əsəbiləşdirsə, onlar öz maraqlarını qoruya bilməyəcək. Gec ya tez onlar İranın gücü ilə barışmalı olacaq”.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti