Ərdoğan Putini qapıda qarşıladı - YENİLƏNİR

Ərdoğan Putini qapıda qarşıladı - YENİLƏNİR
  01 Dekabr 2014    Oxunub:2190
Rusiya prezident Vladimir Putinin Türkiyəyə səfəri başlayıb.
AzVision.az xəbər verir ki, rusiyalı rəsmiləri gətirən təyyarə saat 15-10-da Ankara Esenboğa Havalimanına enib.

V.Putini Türkiyənin rəsmi şəxsləri qarşılayırlar.

Qeyd edək ki, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək Putin danışıqlar zamanı iki ölkə arasındakı ticarət həcminin 100 milyard dollara çatdırılması məsələsini gündəmə gətirəcək.

Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də turizm sahəsi olacaq. Rusiyadan gələn turistlərin ölkədə qalmasına icazə verilən müddəti 2 aya çatdıran Türkiyə anoloji addımı Rusiyanın da atmasını tələb edəcək.

Həmçinin hər iki ölkənin Sarıqamış əməliyyatı zamanı həlak olan əsgərlərinin xatirəsinə Rusiya və Türkiyədə məzarlığın hazırlanması ilə bağlı anlaşmanın imzalanacağı bildirilir.

Prezidentlərin görüşləri zamanı Suriya, Ukrayna və Kipr kimi beynəlxalq məsələlərin də müzakirəsi gözlənilir.

***

Rusiya prezidenti Vladimir Putini Ərdoğanla görüşmək üçün prezident sarayına gəlib. AzVision.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, artıq Putinlə Ərdoğanın görüşü başlayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti