Dəfn mərasimində terror aktı: 9 ölü

Dəfn mərasimində terror aktı: 9 ölü
  01 Dekabr 2014    Oxunub:1262
Əfqanıstanın şimal-şərqində terror aktı törədilib.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

Terror aktı Baqlan vilayətində törədilib. Terrorçu dəfn mərasiminə gələn insanların sırasında özünü partladıb. Hadisə nəticəsində ən azı 9 nəfər ölüb,18 nəfər yaralanıb. Yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə ilə bağlı hələ ki heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti