Putinin 100 milyardlıq səfəri başlayır

Putinin 100 milyardlıq səfəri başlayır
  01 Dekabr 2014    Oxunub:2402
Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə rəsmi səfər edəcək. AzVision.az xəbər verir ki, səfərdə Putini 10 nazir müşayiət edəcək.

Həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək Putin danışıqlar zamanı iki ölkə arasındakı ticarət həcminin 100 milyard dollara çatdırılması məsələsini gündəmə gətirəcək.

Səfər çərçivəsində əsas müzakirə mövzularından biri də turizm sahəsi olacaq. Rusiyadan gələn turistlərin ölkədə qalmasına icazə verilən müddəti 2 aya çatdıran Türkiyə anoloji addımı Rusiyanın da atmasını tələb edəcək.

Həmçinin hər iki ölkənin Sarıqamış əməliyyatı zamanı həlak olan əsgərlərinin xatirəsinə Rusiya və Türkiyədə məzarlığın hazırlanması ilə bağlı anlaşmanın imzalanacağı bildirilir.

Prezidentlərin görüşləri zamanı Suriya, Ukrayna və Kipr kimi beynəlxalq məsələlərin də müzakirəsi gözlənilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti