Anasını güllələdi, oxladı, bıçaqladı – Amansız qətl

Anasını güllələdi, oxladı, bıçaqladı – Amansız qətl
  01 Dekabr 2014    Oxunub:2377
ABŞ-ın Florida ştatının sakini anasını amansızcasına qətlə yetirib: Əvvəlcə o, anasını güllələyib, sonra onun başına oxdan atəş açıb, sonda isə anasına bir neçə dəfə bıçaqla zərbələr endirib.
Bu barədə AzVision.az “ABC News”-a istinadən xəbər verir.

Faciə noyabrın 30-u Okalus dairəsində baş verib. Qadının çığırtısını eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə gələn polislər başında bir neçə ox olan qadın cəsədi aşkarlayıb.

Həmin vaxtda evdə olan qadının 42 yaşlı oğlu Maykl Uotkins qətl törətdiyini etiraf edib. Onun sözlərinə görə, “anası onun brilyantlarını oğurlayıb və onun atasını xərçəngə yoluxdurub”.

Maykl Uotkins anasının onu öldürməyə cəhd etdiyi üçün qadını öldürmək məcburiyyətində qaldığını vurğulayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti