Azərbaycandan Tarkana milyonluq təklif
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Meqastarı bayram günü səhnəyə çıxarmaq üçün Azərbaycan, Dubay və Rusiyadakı təşkilatçılar bir-biri ilə yarışa giriblər.
2014-cü ili Qubada sevənləri ilə qarşılayan müğənniyə yenə də ən bahalı təklif Azərbaycandan edilib.
Belə ki, ötən il 1 milyon lirə (təxminən 450 min dollar) qarşılığında ölkəmizə gələn Tarkana bu dəfə otellərdən biri 1 milyon dollar təklif edib.
Teqlər: