Papa İstanbulda baş əydi
Papa Fransisin və Bartholomeosla birgə imzaladığı bəyanatda Yaxın Şərqdə baş verən hadisələrə toxunulub və xristianların birliyi istiqamətində səylərini intensivləşdirilməsinin vacib olduğu bildirilib.
Bəyanatda xristian-müsəlman dialoqunun və əməkdaşlığının da vacib olmasına diqqət yetirilib:
"Dünyanın bu gün qarşı-qarşıya olduğu dəhşətli problemlər yaxşı niyyət daşıyan bütün insanların həmrəyliyini tələb edir, biz də İslam ilə qarşılıqlı hörmət və dostluğa əsaslanan konstruktiv bir dialoqu təşviq etmənin əhəmiyyətini görürük..." (Ans)